MMC-nin əsas tərəfdaşları

Bütün istehsal olunan konyaklar nəfis dada və təravətə malikdir, bu dəfələrlə müxtəlif MDB və Avropa ölkələrində keçirilən dequstasiyalarda öz təsdiqini tapmışdır. "Aqro-Azərinvest" MMC şərab və konyak məhsullarının keyfiyyətini və onların dizayn tərtibatını beynəlxalq standartlara çatdırmaq üçün tanınmış Fransa şirkətləri “Version Oriqinale”, “Raoul Domec”, İtaliyanın “Bormioli Luigi”, “Vetroelite” və s. şirkətlərlə sıx əməkdaşlıq edir.
Dinamik inkişaf edən “Aqro-Azərinvest” MMC-nin şərab və konyak məhsullarına təlabat daima artır. Hazırda istehsal olunan məhsulların 50%-dən çoxu müxtəlif ölkələrə ixrac olunur. MMC-nin əsas tərəfdaşları Rusiya, Belarus, Ukrayna və Qazaxıstanın aparıcı şirkətləridir. Başqa ölkələrlə də yeni əlaqələrin yaradılması və  genişləndirilməsi istiqamətində səmərəli iş aparılır.