Aqro-Azərinvest MMC

"Aqro-Azərinvest" MMC - 2004-cü ildə təsis edilmişdir. "Aqro-Azərinvest" MMC-nin əsas məqsədi Azərbaycanda şərabçılıq sahəsinin ən yeni dünya nailiyyətlərini nəzərə almaqla, keçmiş şöhrətini bərpa etməkdir. “Bizim zəmanət - əla keyfiyyət” devizi ilə fəaliyyət göstərən müəssisədə hazırda ənənəvi Azərbaycan şərabları olan “Mədrəsə”, “Ağstafa”, “Şamaxı“, “Alabaşlı”, “Şahdağ”, “Bayan Şirə”, “Ağdam” portveyni ilə yanaşı, müəssisəyə məxsus yeni əmtəə nişanları “Qəbələ”,  “İrəvan qalası”,   “Basarkeçər”,  “Vedibasar”, "Nazlı", “Starıy dvorik”, “Domaşneye vino”, “Şah”, “Şamaxinskaya çariça”,  “Şamaxinskaya loza”, “Padşah” şərabları istrhsal olunur, eləcədə “Bag in-Box” və “PET” butulkalara şərab süzülür.