HAQQIMIZDA

"Aqro-Azərinvest" MMC - 2004-cü ildə “Gilan Holding” şirlkətlər qrupu tərəfindən təsis edilmişdir.
"Aqro-Azərinvest" MMC-nin əsas məqsədi Azərbaycanda şərabçılıq sahəsinin ən yeni dünya nailiyyətlərini nəzərə almaqla, keçmiş şöhrətini bərpa etməkdir.
“Bizim zəmanət - əla keyfiyyət” devizi ilə fəaliyyət göstərən müəssisədə hazırda ənənəvi Azərbaycan şərabları olan “Mədrəsə”, “Ağstafa”, “Şamaxı“, “Alabaşlı”, “Şahdağ”, “Bayan Şirə”, “Ağdam” portveyni ilə yanaşı, müəssisəyə məxsus yeni əmtəə nişanları “Qəbələ”,  “İrəvan qalası”,   “Basarkeçər”,  “Vedibasar”, "Nazlı", “Starıy dvorik”, “Domaşneye vino”, “Şah”, “Şamaxinskaya çariça”,  “Şamaxinskaya loza”, “Padşah” şərabları istrhsal olunur, eləcədə “Bag in-Box” və “PET” butulkalara şərab süzülür.
 
Son zamanlar müxtəlif saxlanma müddətli konyakların istehsalı xeyli artmışdır. Müəssisə alıcılara «Gold Baku», «Hayat», «Mersi Baku», «Gilan» konyaklarını, həmçinin "Amigo", "Buzz", "Milord", "Gold Baku", "Antiqrustin" tünd içkilərini təklif edir. Bundan başqa,  “Vəzir”, “Babək” və “Tetroni” əmtəə nişanları altında, xarici şirkətlərə məxsus konyaklar istehsal olunur və lizinq sazişi əsasında ixrac olunur.
 
Bütün istehsal olunan konyaklar nəfis dada və təravətə malikdir, bu dəfələrlə müxtəlif MDB və Avropa ölkələrində keçirilən dequstasiyalarda öz təsdiqini tapmışdır. "Aqro-Azərinvest" MMC şərab və konyak məhsullarının keyfiyyətini və onların dizayn tərtibatını beynəlxalq standartlara çatdırmaq üçün tanınmış Fransa şirkətləri “Version Oriqinale”, “Raoul Domec”, İtaliyanın “Bormioli Luigi”, “Vetroelite” və s. şirkətlərlə sıx əməkdaşlıq edir.
Dinamik inkişaf edən “Aqro-Azərinvest” MMC-nin şərab və konyak məhsullarına təlabat daima artır. Hazırda istehsal olunan məhsulların 50%-dən çoxu müxtəlif ölkələrə ixrac olunur. MMC-nin əsas tərəfdaşları Rusiya, Belarus, Ukrayna və Qazaxıstanın aparıcı şirkətləridir. Başqa ölkələrlə də yeni əlaqələrin yaradılması və  genişləndirilməsi istiqamətində səmərəli iş aparılır.
 
Müəssisənin məhsulları daxili bazarda elit supermarketlərdə, mehmanxana və restoranlarda, eləcə də Heydər Əliyev adına Beynəlxalq Aeroportun “Duty Free” mağazalarında, xarici vətəndaşlar və diplomatlar üçün nəzərdə tutulmuş “Diplomat-shop” mağazasında uğurla satılır, “Azal” şirkətinin təyyarələrinin salonlarında sərnişinlərə təklif olunur.